İŞİD-in bomba yüklü avtomobilləri ələ keçdi - GÜLLƏ KEÇİRMİRLƏR
İraq təhlükəsizlik qüvvələri Moxul şəhərinin qərbində İŞİD terror təşkilatının partladılmağa hazır vəziyyətdə çox sayda avtomobilini ələ keçirib.
APA TV-nin məlumatına görə, partlayıcı yüklənmiş avtomobillər İraq ordusunun bazasına gətirilib. Mosul federal polisindən bildirilib ki, İŞİD təhlükəsizlik qüvvələrinin şəhərdə irəliləməsinin qarşısı almaq üçün partlayıcı yüklənmiş avtomobillərdən istifadə edir.
İŞİD-in xüsusi emalatxanasında maşınların dəmir lövhələrlə gücləndirdiyi bildirilir. Emalatxanada dəmir lövhələrin quraşdırıldığı avtomobillər güllə keçirmir və onlardan terror aktlarında istifadə edilir.
İŞİD-ə aid “ölüm maşınları”nın yüzlərlə kiloqram partlayıcı daşıya bilir və terror təşkilatının mühəndisləri tərəfindən təhlükəli vəziyyətə gətirilir.