"Tosun Paşa" gerçək oldu: Türkiyədə iki ailə iftar məclisində dalaşdı - DAVA ANI
Türkiyənin Adıyaman bölgəsində iftar məclisi zamanı kütləvi dava düşüb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Kaht qəsəbəsində təşkil olunan mərasim zamanı qeydə alınıb.
Təşkilatçı tərəfin nümayəndəsinin çıxış etdiyi an iki ailənin üzvləri bir-birinə hücum edib. İftar məclisində Türkiyə parlamentinin vitse-spikeri Əhməd Aydın, Adıyamandan seçilən millət vəkili Halil Fırat, vali Abdullah Erin, bələdiyyə sədri Əbdürrəhman Toprak da iştirak edib.
Tərəflər bir-birinə stullar atmağa başlayıb, daha sonra isə əlbəyaxa olublar. Hadisə yerinə gələn polis dava edən tərəfləri ayırıb.
5 nəfər xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.