Ziyafət Əsgərov: "Rusiya-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur"
"Rusiya-Azərbaycan münasibətlərində gərginlik barədə deyilənlərlə razılaşmıram, münasibətlərimizdə heç bir problem yoxdur".
Bunu APA TV-yə açıqlamasında Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib: "Rusiya ilə münasibətlərimiz strateji əməkdaşlıq fonunda inkişaf edir. Hesab edirəm ki, bu, gələcəkdə də belə olacaq".
Z.Əsgərov qeyd edib ki, Rusiya tərəfdən də Azərbaycana qarşı heç bir gərginlik yaradılmır.