Ana müxalifət liderindən qeyri-adi addım: Ankaradan İstanbula qədər piyada gedəcək
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ölkənin paytaxtı Ankaradan İstanbula qədər piyada gedəcək. APA TV-nin məlumatına görə, bu barədə partiya sədri özü açıqlama verib.
O bildirib ki, ölkədəki ədalətsizliyi dünyanın diqqətinə çatdırmaq üçün belə bir aksiya keçirəcək. CHP sədri deyib ki, o, mayın 15-də Ankaradakı Güvən Parkdan yola çıxacaq və əlində üzərində "Ədalət" yazılmış plakatla İstanbulda yerləşən Maltəpə həbsxanasına qədər gedəcək.
Qeyd edək ki, Türkiyə məhkəməsi CHP-li deputat Enis Bərbəroğluna 25 il həbs cəzası verib. Kılıçdaroğlunun yürüşü də məhz buna etirazdır E. Bərbəroğlu dövlət sirrini yaymaqda təqsirli bilinir.