Putin İŞİD "ordusu"nun sayını açıqladı
"İŞİD-in tərkibində 80 min terrorçu döyüşür". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlama ilə Vladimir Putin çıxış edib.
Rusiya prezidenti əlavə edib ki, onlardan 30 mini müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan olan şəxslərdir.
Xatırladaq ki, bundan öncə Kreml rəhbəri İŞİD-in Orta Asiyaya keçəcəyini iddia edib. Putin terrorçu qruplaşmanın hərəkət istiqamətini də açıqlayıb və Rusiyanın cənub bölgələrində terror təhlükəsinin artacağını deyib.