Bakıda iki piyada vuruldu
Gecə saatlarında Bakıda iki piyada vurulması faktı qeydə alınıb.
APA TV-nin verdiyi xəbərə görə, Bakının Xətai rayonunda, Neapol dairəsi yaxınlığında 1990-cı il təvəllüdlü Səfərov Vüqar Mirxan oğlunu avtomobil vurub. O, kəllə-beyin travması və bud sümüyünün sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.
Daha bir piyada vurulması hadisəsi Bakının Nizami rayonu, Şərifli küçəsində baş verib. Bu dəfə 1968-ci il təvəllüdlü Cəfərova Nüşabə Akif qızını maşın vurub. N.Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Hadisələri törədən şəxslər polis tərəfindən saxlanılıb.