İŞİD özünə yeni "paytaxt" elan etdi
İŞİD özünün yeni "paytaxt"ını elan edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçular Suriyanın Deyr-əz-Zor vilayətinin Əl-Məyadin şəhərinə toplaşıb.
Rəqqadan və İraqın Mosul şəhərindən bura qaçan terrorçuların komandirləri Əl-Məyadini "paytaxt" elan edib.
Əl-Məyadin Suriyanın şərqində yerləşir. Bu şəhər Fərat çayının sahilində, İraq sərhədindədir.
Əl-Məyadinin terrorçuların son "qalası" olacağı deyilir və İŞİD-in bu şəhəri bütün qüvvəsi ilə qoruyacağı bildirilir.