Göyçayda 4,3 bal gücündə zəlzələ oldu
"Göyçay rayonunda baş vermiş zəlzələ elə də güclü zəlzələ deyil". Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Zəlzələ bu gün saat 17:41-də qeydə alınıb. Yeraltı təkanın dərinliyi 50 km, maqnitudası 4,3 olub.
Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Təkanların ətraf rayonlarda da hiss olunduğu bildirilir.