Cəbhədə üç erməni əsgəri məhv edildi
Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində işğal altındakı ərazilərdə 3 erməni əsgəri məhv edilib. Ermənistan mətbuatının məlumatına görə, Dağlıq Qarabağda məhv edilən əsgərlər 1997-ci il təvəllüdlü Araik Matinyan, Viqen Petrosyan və Vardan Sarqsyandır.
Onların qumbaraatanlardan açılan atəş nəticəsində öldüyü bildirilir.