“Qafqazda elm dünyasının ulduzları”

Qafqaz Müsəlmanları İdarəsində Qafqazda yaşayıb yaratmış İslam alimlərinin həyat və fəaliyyətindən bəhs edən kitabın təqdimatı keçirildi.  APA TV-nin xəbərinə görə, “Qafqazda elm dünyasının ulduzları” adlı kitabın müəllifi İran yazıçısı Adil Mövlayidir.

 

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirdi ki, belə bir kitabın nəşri tarixi hadisədir və davamı olacaq. Kitabın nəşrinə Azərbaycan prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili  Mehriban Əliyeva xüsusi dəstəyi olub. 

 

Qafqaz Müsəlmanları İdarəsinin vaxtilə sədri olan Şeyxülislam Əlizadə haqqında isə onun nəvəsi AMEA prezidenti Akif Əlizadə danışdı.

 

Mərasimdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, milli məclisin üzvü Fəttah Heydərov kitabda cəmlənmiş ciddi faktlara görə müəllif və təşkilatçılara təşəkkürünü bildirdi.

 

Kitabın müəllifi Adil Mövlayi Qafqazın İslam alimlərindən və onların göstərdiyi xidmətlərdən, rollarından danışdı.

 

Müəllif | Apa.Tv