Siyavuş Novruzov: "İran gündə bir şərt qoyur"
İran-Azərbaycan sərhədindəki problemlər iki ölkənin parlament üzvlərinin görüşündə müzakirə olunacaq. APA TV-nin xəbərinə görə, millət vəkili Siyavuş Novruzov parlamentdə çıxışında deyib ki, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin Bakıda görüşü keçirəcək: “Blokada şəraitində olan Naxçıvana İran gündə bir şərt qoyur. Sutkalarla camaat sərhəddə saxlanılır. Qış gəlir, havalar soyuyur. Əhali pis vəziyyətdə qalır. Bu məsələ ciddi şəkildə qaldırılmalıdır”.
Milli məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu məsələ üzərində hazırda çox ciddi iş aparılır və problem tezliklə həllini tapacaq: “Sərhədlər artıq açılıb. İndi yeni bir məsələ - yük maşınlarının tonnaj məsələsi ortaya çıxıb. Bunlar texniki məsələlərdir. Hazırda danışıqlar gedir və bu məsələ də öz həllini tapacaq".
İran tərəfindən Culfa sərhəd-keçid məntəqəsində çəkisi 30 tondan çox olan yük maşınların Naxçıvana daxil olunmasına məhdudiyyətlər qoyulub.