Bakıda hava küləkli olacaq, bölgələrdə leysan yağacaq
İyunun 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 15-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 12-17, gündüz 26-31, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.