Bakıda bağlı qapı arxasında 74 YAŞLI QADININ MEYİTİ TAPILDI!
Bakıda mənzildən 74 yaşlı qadının meyiti tapılıb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112 Qaynar xətt”inə Nərimanov rayonu, Daş karxanası küçəsi, 493 ünvanında Qasımova Rəfiqə Eyvaz qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Nərimanov Rayon Polisi İdarəsinin əməliyyat qrupu çağırılıb. Faktla bağlı araşdırmalara başlanması üçün prokurorluğun əməkdaşları da hadisə yerinə gəliblər.
Qonşuların APA TV-yə verdiyi məlumata görə, Rəfiqə Qasımova xəstə olub. O, bir müddət əvvəl İrandan müalicədən qayıdıbmış. Son iki gün ərzində isə qadını görən olmayıb. Onun telefon zənglərinə cavab vermədiyini görən övladları evə gəliblər və qapını açan olmayıb. Bundan sonra yardım üçün xilasedicilərə müraciət edilib.