ABŞ Əsədin daha bir təyyarəsini vurdu
Suriya Müdafiə Nazirliyi ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən hərbi təyyarəsinin vurulduğunu açıqlayıb. ABŞ Suriyanın açıqlamasını təsdiq edib.
APA TV-nin məlumatına görə, Suriya təyyarəsi Rəqqanın cənubunda vurulub.
"Təyyarəmiz İŞİD-ə qarşı mübarizədə vəzifəsini yerinə yetirərkən vuruldu. Bu, koalisiya qüvvələrinin hərəkətlərini İŞİD ilə koordinasiya etdiyini sübut edir. Ordumuz və müttəfiqlərimiz terrorizmlə mübarizə apararkən onlar Suriya ordusunu dayandırmağa çalışır", - deyə Suriya tərəfinin açıqlamasında bildirilir.
Pilotdan isə hələlik xəbər yoxdur.
Koalisiya qüvvələri Suriya təyyarəsinin məhv edilməsinə səbəb kimi Demokratik Suriya Qüvvələrinin Suriya təyyarəsi tərəfindən vurulmasını göstərir.