İran Tehran terrorunun əvəzini çıxmağa başladı - İLK ZƏRBƏLƏR ENDİRİLDİ
İran hərbi aviasiyası terrorçuların Suriyanın şimalında, Deyr-əz-Zor əyalətindəki mövqelərinə raket zərbələri endirib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, rəsmi Tehranın bu addımı ölkə parlamentinə 12 nəfərin ölümü ilə nəticələnən hücuma cavab kimi dəyərləndirilir.
Kirmanşah və Kürdüstan əyalətlərindən endirilən zərbələr zamanı "Yer-Yer" tipli ortamənzilli ballistik raketlərdən istifadə olunduğu, xeyli sayda terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.