Putin Türkiyədə öldürülən səfirin yerinə yenisini təyin etdi
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə yeni səfir təyin edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu vəzifəyə Xarici İşlər Nazirliyinin departament rəhbəri Aleksey Yerxov təyin olunub.
Xatırladaq ki, Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov 2016-cı ilin dekabr ayında Ankarada qətlə yetirilmişdi.