Riqada ticarət mərkəzinin uçması nəticəsində 50 NƏFƏR ÖLÜB

Riqada “Maxima” ticarət mərkəzinin uçması nəticəsində ölənlərin sayı 50-yə çatıb. Dağıntılar altında daha 30 nəfərin qala biləcəyi ehtimal olunur.

Ölənlərin sayı artmaqda davam edir. Təcili yardım briqadaları sonuncu yaralını dünən səhər xəstəxanaya aparıblar. O vaxtdan dağıntılar altından sağ adam çıxmayıb. Xilasetmə işləri bu gün axşamadək davam edəcək.

Bu arada məlum olub ki, həlak olanların ailə üzvləri 10 min lat məbləğində pul yardımı alacaqlar. Bu, təxminən 19 min dollar edir. Xəsarət alanlara isə 5000 lat məbləğində yardım veriləcək.

Latviya hökuməti faciə ilə əlaqədar üçgünlük matəm elan edib. Latviya ilə yanaşı qonşu Litvada da matəm elan olunub.

Azərbaycan prezidenti İlham Əliyev Latviyanın dövlət başçısı Andris Berzinşə Riqa şəhərindəki ticarət mərkəzinin dam örtüyünün çökməsi nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

Xatırladaq ki, faciə noyabrın 21-i axşam saatlarında baş verib. Xilasedicilər dağıntıların altında qalanları xilas etməyə başlayandan sonra ikinci uçqun olub.

Müəllif | Apa.Tv
Apa.tv