Ağdamda taxıl sahəsi yandı
Ağdamda zibilliyə vurulan od yaxınlıqda yerləşən taxıl sahələrinə yayılıb.
APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun məcburi köçkünlərin məskunlaşdığı Quzanlı qəsəbəsində baş verib.
Qəsəbə sakinləri qəsəbənin kənarındak; zibilliyə od vurub. Alov Eyvazlı kənd sakini Telman Əliyevə məxsus taxıl zəmisinə yayılıb.
Hadisə yerinə cəlb olunan yanğınsöndürən briqadası alovun geniş ərazilərə yayılmadan qarşısını alıb.