Moskva metrosunda daha bir qeyri-slavyan mənşəli gənc vəhşicəsinə döyülüb - RƏZALƏT

Moskvada növbəti dəfə qeyri-slavyan görkəmli gəncin döyülməsi ilə bağlı yeni görüntülər yayımlanıb. Hadisə ötən gün baş verib. Moskvada metroya minmiş monqoloid görkəmli qeyri-slavyan gənc “Savelovskaya” və “Çexovskaya” stansiyaları arasında slavyan gənclər tərəfindən döyülüb.

Videogörüntüdən bəlli olur ki, qara gödəkcədə olan gənc yerə yıxılan gəncin üstündə oturub durmadan ona zərbələr endirir. Rusiya mətbuatında yer alan xəbərə görə, slavyan gənclər gəlmənin üzərinin çirkli olduğunu iddia edərək onu təhqir ediblər. Və mübahisə bundan sonra baş verib. Sifətdən slavyan olduğu aydın görünən gənclər vaqonda durmadan oğlanı döyürlər.

Daha sonra qatar “Çexovskaya” stansiyasında dayanan kimi gənclər döyülərək huşunu itirən oğlanı gənci əllərinə alaraq stansiyaya düz polislərin ayağının altına atırlar. Kadrlardan göründüyü kimi stansiyada olan polislər döyülmüş qeyri-slavyanın slavyanlar tərəfindən çölə atılmasına heç bir reaksiya vermirlər.


 

Müəllif | Apa.Tv