Metroda özünü qatarın altına atan qadın sağ qaldı – REAL KAMERA GÖRÜNTÜLƏRİ
Ankarada intihar etmək üçün özünü metro qatarının altına atan qadın möcüzə nəticəsində sağ qalıb. Təhlükəsizlik kameralarına saniyə-saniyə düşən hadisə Ankaranın Batıkənd - Qızılay Metrosunun xəstəxana stansiyasında baş verib. Qatarın yaxınlaşdığını görən qadın özünü qatarın altına atıb. Relslərin arasındakı boşluğa düşən qadının bəxti gətirib. Ölümdən qurtulan qadın sərnişinlərin və metro işçilərinin səyi nəticəsində qatarın altından çıxarılaraq xəstəxanaya çatdırılıb. Qadının intihar etm’ səbəbləri araşdırılır.