Astarada 33 yaşlı kişini tok vurub öldürdü
Astara sakinini cərəyan vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Tarzan Süleyman oğlu Zahirov evində elektrik naqili ilə ehtiyatsız davranması səbəbindən cərəyan onu vurub.
Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.