Tovuzda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb
Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən avtoqəza baş verib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 422-ci kilometrliyində, Tovuz rayonunun Əyyublu kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı avtomobil yolu keçmək istəyən Ağdaş rayon sakini, 1960-cı il təvəllüdlü Ceyran adlı qadını vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.