Cəbhədə döyüş oldu, erməni təxribatçı ələ keçib
Dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.
Təxribat qrupunun bir üzvü ələ keçirilib.