İran Suriyaya bomba yağdırmağa başladı
İranın İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirməsi nəticəsində azı 65 terrorçu məhv edilib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İslam İnqilabının Keşikçiləri Korpusunun bəyanatında deyilir.
Məlumata görə, İŞİD-in Deyr ez Zor əyalətindəki bazalarına zərbələr ortamənzilli ballistik raketlərlə endirilib. Ümumilikdə altı raket atılıb.
Tehran zərbələri rəsmi Dəməşqlə razılaşdırıb.