Bağdadinin ən yaxın adamlarından olan İŞİD-in baş vaizi öldürülüb
ABŞ İŞİD terror təşkilatının baş vaizini öldürdüyünü açıqlayıb.
APA TV-nin məlumatına görə, Türki Əl Binali Suriyanın Deyr əz Zor vilayətinin Məyadin qəsəbəsinə edilən hava hücumu nəticəsində öldürülüb. Yazılı açıqlamada hücumun mayın 31-də həyata keçirildiyi, baş vaizin öldürüldüyünün təsdiq olunduğu yazılıb.
Əl Binali xarici terrorçuların hazırlanmasında, dünya səviyyəsində terror aktlarının törədilməsində əsas rol oynayıb. 2014-cü ildən bəri İŞİD-in baş vaizi olaraq qətliamları, cinayətləri təşviq edib, təbliğatını aparıb. Xəlifəliyin qurulmasını qanuniləşdiririb və Əbu Bəkir əl-Bağdadinin ən güvəndiyi adamlardan olub.