NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı: RUSLARDAN ATƏŞ XƏBƏRDARLIĞI
NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə rusiyalı nazirin təyyarəsinin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.
Kalininqrada gedən S.Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus "SU-27" qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib.
Bu vaxt NATO qırıcılardan biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.
Lakin onların arasına keçən mühafizə dəstəsindəki "SU-27" qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.
Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb.
Bu arada, Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, NATO-nun Rusiya sərhədlərinə yaxın ərazidə on minlərlə hərbçi və zirehli texnika cəlb edərək, genişmiqyaslı hərbi təlim keçirməsi alyansın anti-Rusiya kursu seçdiyini göstərir.