Badamdarda silsilə oğurluqlar edən şəxs: "Əlimə keçəni oğurlayıb satırdım"
Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Badamdar qəsəbəsində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Saxlanan şəxs Bakı şəhər sakini Nadir Məmmədovdur.
Onun iyunun 18-19-da rayon ərazisində 1 ev, 1 mağaza, 1 torpaq sahəsi və 1 emalatxanadan müvafiq olaraq gümüş sırğa, noutbuk, velosiped, təmir-tikinti alətləri və məişət əşyaları oğurlandığı müəyyən edilib.
Nadir Məmmədov günahını etiraf edib: "Əlimə nə düşüb satmışam. Velosiped , preferator... Girmişəm evlərə, oğurladığım əşyaları dəyər-dəyməzinə vermişəm".
Qeyd edilən faktlarla bağlı toplanan material Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.