Oğru 2 ildən sonra tutuldu - ABŞERONDA POLİS ƏMƏLİYYATI
Abşeron RPİ iki il əvvəl baş vermiş oğurluq hadisənin üstünü açııb. APA TV-nin məlumatına görə, 4 mənzili qarət etməkdə təqsirləndirilən Mehdiabad qəsəbə sakini, 23 yaşlı Kamran İsmaylovu saxlanılıb.
O, qonşuların evlərində oğurluq etdiyini etiraf edib. İstintaqla müəyyən edilib ki , oğurluq hadisələri 2015-ci ilin noyabr-dekabr aylarında həyata keçirilib: "Bir evdən qızıl, digər evdən isə kompüter aparmışam. Digər evlərdə isə heç nə çıxmayıb. 2 ildən sonra polislər məni tutdu".
Əməlindən peşman olduğunu deyən İsmaylov bərəsində həbs qətimkan tədbiri seçilib.
Fakt araşdırılır.