APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Pirallahı rayonu ərazisində baş verib. Məlumata görə, 1964-cü il təvəllüdlü Qafarova Rəna Ağaəli qızı Zirə yolunda qoşqulu yük maşını tərəfindən vurulub.
Hadisə yerinə dərhal təcili tibbi yardım xidməti çağırılıb və qadın 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Rəna Qafarovaya həkimlər tərəfindən yuxarı baldır sümüyünün açıq sınığı diaqnozu təyin edilib.