APA TV-nin məlumatına görə, hadisə nəticəsində paytaxt sakini, 1989-cu il təvəllüdlü Alıyev Musa Azər oğlu naməlum şəraitdə bıçaqlanıb. M.Alıyev təcili tibbi yardım maşını ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib.
Hadisənin təfərrüatlarını Suraxanı polisi araşdırır. Xəstəxanaya daxil olan zaman həkimlərə yıxılaraq xəsarət aldığını deyən M.Alıyevin əslində "Buta Palace" restoranında bıçaqlandığı məlum olub.