Şahin Mustafayev Gədəbəydə vətəndaşları qəbul edib
Noyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəydə vətəndaşları qəbul edib. Gədəbəy rayon Mədəniyyət Evində təşkil olunan qəbulda nazir Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləyib. Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.