YAP-ın qurulmasının 21 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyasının qurulmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən partiyanın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib ki, YAP yarandığı gündən Azərbaycan vətəndaşlarının, bütövlükdə isə cəmiyyətin gözləntilərini doğruldub. Onun sözlərinə görə, partiyanın yaradılması ötən əsrin 90-cı illərinin əvvəlində partiyalaşma dövründə baş verən sıradan bir hadisə olmayıb və partiya - yeni baxışlar sisteminin cəmiyyətə təqdim olunması demək idi. Onun fikrincə, YAP sədrinin 2013-cü ilin oktyabrında ölkədə prezident seçkilərində inamlı qələbəsi Azərbaycan vətəndaşlarının hər birinin Heydər Əliyev ideyalarına inamını ifadə edib.

Daha sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxış edərək hakim partiyanın 21 il ərzində qazandığı uğurlar uğurlar barəsində danışıb. Tədbirdə hakim partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, parlamentdəki müxalifət partiyalarından olan və bitərəf deputatlar, eləcə də qonaqlar iştirak edib. Tədbir bədii hissə ilə davam etdirilib.

 

Müəllif | Apa.Tv