Türkiyədə akvaparkda faciə: 5 nəfər öldü
Türkiyənin Sakarya vilayətinin Akyazı qəsəbəsində akvaparkda elektrik sızıntısı nəticəsində faciə baş verib. APA TV-nin məlumatına görə, 5 nəfər dünyasını dəyişib.
3 nəfər hovuzda əylənərkən onları elektrik cərəyanı vurub. Hadisəni görən akvapark sahibi və oğlu müştəriləri xilas etmək üçün özlərini hovuza atıblar. Elektrik cərəyanı onları da vurub və 5 nəfərin hamısı dünyasını dəyişib.
Akvaparkın işçiləri təcili tibbi yardıma xəbər versə də, hadisə yerinə gələn təcili yardım briqadası onların öldüyünü qeydə alıb. Daha 1 nəfər isə xəstəxanaya çatdırılıb.