Kəbəni partlatmaq istədilər: Məkkədə terror oldu, yaralılar var - HADİSƏ YERİNDƏN
Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb.
APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının daxili işlər naziri bəyan edib.
Terrorçu-kamikadze "Əl-Haram" məscidində partlayış törətməyi planlaşdırıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçunun olduğu binanı mühasirəyə aldıqda, o özünü partladıb. "AFP" agentliyinin məlumatına görə, partlayış nəticəsində 11 nəfər yaralanıb.
Hadisə ilə əlaqədar biri qadın olmaqla, 5 nəfər saxlanılıb.