Qadın özünü yük qatarının altına atdı - TOVUZDA İNTİHAR
Tovuzda qadın özünü qatarın altına ataraq intihar edib.
APA TV-nin qərb bürosunun məlumatına görə, Tovuz rayonunun Qovlar şəhər sakini, 1967-ci il təvəllüdlü Tağıyeva Səlvinaz Qəhrəman qızı özünü dəmiryolu xəttindən keçən yük qatarının altına atıb.
İlkin məlumata əsasən, onun psixoloji problemi olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.