"Gangnam Style"ın təsiri altında üç nəfəri güllələdi! - İNANILMAZ VİDEO
"Gangnam Style" mahnısı Yəməndəki toylardan birində faciəyə səbəb olub. Qonaqlar musiqini təkrar-təkrar dinləməkdən və rəqs etməkdən zövq alıblar. Bəylə gəlinin qol qaldırıb oynadığı toyda birdən atəş səsləri eşidilib. Məclisə təşrif buyuranlardan biri bu ritmik musiqinin təsirindən “Kalaşnikov” avtomatından havaya atəş açmaq əvəzinə, tərs istiqamətə atəş açaraq 3 nəfəri öldürüb. Daha bir neçə toy iştirakçısı isə yaralanır. Qeyd edək ki, Yəməndəki toylarda atəş açmaq adi haldır və bu onlarda ənənə-halı daşıyır.