17 yaşlı İmişli sakinin meyiti Arazdan çıxarıldı
İmişli rayonunda çayda batan 17 yaşlı gəncin meyiti sudan çıxarılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gün Araz çayında batan rayon sakini, Mahmudov Bəhruz Qəzənfər oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 20 metr aralıda aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə ötən gün saat 17:00 radələrində Araz çayının İmişli rayonunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Mahmudov Bəhruz Qəzənfər oğlu çayda çimərkən boğulub.