Turistləri gəzdirən gəmi batdı: ölənlər və itkin düşənlər var
Kolumbiyada göyərtəsində turistlərin olduğu gəmi batıb. Qəza zamanı gəmidə 150-dən çox adam olub.
Xilasedicilər indiyədək 133 nəfəri xilas ediblər. 7 nəfərin öldüyü, 13 nəfərin isə itkin düşdüyü bildirilir.
Hadisənin baş verdiyi Antiokiya departamentinin qubernatoru Luis Peres Qutyerres bildirib ki, axtarış-xilasetmə işləri davam etdirilir.
Antiokiya departamentindəki su anbarı o qədər də məşhur turizm obyekti deyil və xarici turistlər orada çox əylənmirlər. İlkin məlumata görə, gəmi gəzintisinə çıxanlar yerli turistlər olublar.