Nigeriyada silsilə partlayışlar törədilib, 16 nəfər ölüb
Nigeriyanın Borno ştatında törədilmiş silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb.
APA TV-nin məlumatına görə, partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib. Hədəflər arasında Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərinin universiteti olub.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Partlayışların “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.