Hava dəyişkən buludlu keçəcək
Baki və Abşeron yarimadasinda noyabrin 25-də havanin dəyişkən buludlu olacaği, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.
Ekologiya və təbii sərvətlər nazirliyinin milli hidrometeorologiya departamentindən verilən məlumata görə, havanin temperaturunun gecə 4-8, gündüz 12-16 dərəcə isti olacaği gözlənilir. Azərbaycanın rayonlarinda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarinda çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanin temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaği gözlənilir.