Lənkəranda evə basqın edərək qətl törədən şəxs tutuldu
Lənkəranda evə basqın edərək ev sahibini bıçaqlayan, anasını isə öldürən şəxs saxlanıb.
APA TV-nin xəbərinə görə, hadisə iyunun 21-də Lənkəran rayonunun Liman şəhərindəki evlərin birində baş verib.
Ev sahibi İlahə Nəcəfovanın evinə gələn naməlum şəxs ev sahibəsinə və səs-küyə gələn anası Arifəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, Arifə orada ölüb.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov iyunun 26-da tutularaq istintaqa təhvil verilib.