Zaqatalada silahlı insident: 3 ÖLÜ, 1 YARALI

Zaqatala rayonunda silahlı insident baş verib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, noyabrın 24-də günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında, “Hyundai” markalı maşına avtomatdan atəş açılıb. Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb. Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Atəşə tutulan avtomobilin Balakən rayon sakini Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.

 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov