Kürdəmirdə yolu keçən Mingəçevir sakinini maşın vurdu
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə iyunun 27-də axşam saatlarında Bakı-Qazax magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayonunun Ərşəli kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Kamran Vaqif oğlu idarə etdiyi "Toyota" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Mingəçevir şəhər sakini Əhmədov Natiq Həmid oğlunu vurub. Ağır xəsarət alan N.Əhmədov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.