Azərbaycanda zəlzələ oldu
Azərbaycan ərazisində zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09:41-də Lənkərandan 26 km şimal-qərbdə - Masallıda qeydə alınıb.
Maqnitudası 3.0 bal olan, 24 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.