“Baku World Challenge” yarışı sona çatdı
"Bakıda keçirilən “Baku World Challenge” avtorallisinin final mərhələsinə start verilib". APA TV-nin xəbərinə görə, avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayraq Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilib. Yarışda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir. Ferrari, Mclaren, Audi, Mercedes, Corvette, Lamborghini, Porsche, Nissan kimi markalar final mərhələsində birinci yer uğrunda mübarizə aparıb. Start ötən gün təsnifat yarışında ilk dörd yeri qazanan avtomobillərlə başladı.
"Formula bir maşın şousu artıq başa çatıb. Hal-hazırda final mərhələsində GT-3 pilotları yarışacaq. Yarışı izləməyə gələnlər səbirsizliklə öz yerlərini tutub final mərhələsini gözləyirlər".
Bu yarış sentyabrın əvvəlində Navarrada keçirilmiş 2013 FIA GT seriyasından olan avtomobillərin yarışının son mərhələsinə dəstək yarışı kimi təşkil edilir.
"Son hazırlıq işləri başa çatdı final mərhələsinə start verildi".
Qeyd edək ki, yarış Eurosport və Almaniyanın RTL televiziya kanalları vasitəsilə canlı yayımlanır. Ümumilikdə isə turnir dünyanın 175 televiziya kanalı ilə nümayiş etdirilir. Uzun sürən mübarizədən sonra Gt-3 yarışı sona çatdı. Yarışın qalibləri məlum oldu. 1-ci yeri Belçikadan olan yarışmaçı Laurens Vanthoor, ikinci yeri Fransadan K.ESTRE, 3-cü yeri isə Almaniyadan olan yarışçı A.DAY tutub. Birinci yeri tutan iştirakçıya 100 min, 2-ci yerə 50 min, 3-xü yerə isə 25 min evro pul mükafatı verildi.