Ramil Usubovun oğluna general-mayor rütbəsi verildi
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, DİN-in zabitləri - polis polkovniki Arzu Arif oğlu Daşdəmirov, polis polkovniki Emil Ramil oğlu Usubov, polis polkovniki Oqtay Əsgər oğlu Kərimov, polis polkovniki Səfər Hüseyn oğlu Əliyevə polis general-mayoru ali xüsusi rütbəsi verilib.