Dənizdə qız və oğlan batdı: hələlik birinin meyiti tapılıb
Bakının Suraxanı rayonunda dənizdə 2 nəfər - 1 qız və 1 oğlan batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat daxil olan kimi Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.
Bu vaxtadək dənizdə batanlardan birinin meyiti tapılıb. 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti iyunun 30-da saat 18:04-də batdığı yerdən 100-150 metr aralıda Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər bir nəfərin axtarışı davam etdirilir.