Zaqatalada 3 nəfəri AVTOMATLA GÜLLƏLƏYƏNİN KİMLİYİ BİLİNDİ

Daxili İşlər Nazirliyi Zaqatalada baş verən atışma ilə bağlı məlumat yayıb.

APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilə avtomat silahdan atəş açıb.

V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Balakən rayon sakini Samir Osmanovun törətdiyi müəyyənləşib. Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokuroqluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova