Donald Tramp: “ABŞ-ın səbri tükənib”
“Şimali Koreyanın hərəkətləri qəti cavabını gözləyir, ABŞ-ın Pxenyana qarşı səbri tükənib”. Bunu Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşdə ABŞ-ın dövlət başçısı Donald Tramp bəyan edib.
“Şimal Koreyanın nüvə və raket proqramına qarşı qəti cavab verməyin vaxtı çatıb. Pxenyandakı rejimə qarşı strateji səbir dövrü uğursuzluğa düçar olub. ABŞ-ın Şimali Koreyaya qarşı səbri tükənib”, deyə D.Tramp qeyd edib.
Donald Tramp digər ölkələri Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiya təzyiqlərində iştiraka çağırıb. Onun fikrincə, bu məsələdə ABŞ-ı “digər fövqəldövlətlər və bütün məsuliyyətli ölkələr” dəstəkləməlidirlər.