Türkiyədə AKP üzvü evinin qarşısında öldürüldü
Türkiyədə AKP-nin Diyarbəkir vilayətinin Licə qəsəbəsi üzrə təşkilat sədrinin köməkçisi güllələnib.
APA TV-nin məlumatına görə, evinin qarşısında silahlı hücuma məruz qalan 34 yaşlı Orhan Mərcan xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi güman olunur. Qəsəbədə cinayətkarların axtarışına başlanıb.
Evli və dörd uşaq atası olan Mərcanın partiyadakı vəzifəsindən ayrılması üçün daha öncə PKK tərəfindən təhdid edildiyi məlum olub.